Xəzər dənizində xilasetmə işləri həyata keçirilib
Xəzər dənizində köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları xilas edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində üç nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.
Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan "Tufan" tipli sərhəd gəmisi müəyyən edilib koordinatlar üzrə dərhal hərəkətə keçib və operativ şəkildə hadisə yerinə çatıb.
Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Astara rayon sakinləri -1980-cı il təvəllüdlü Ağabalayev Ruhid Murtuza oğlu, 1985-ci il təvəllüdlü Həsənov Namik Xanhüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Arif Sürət oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılmışdır.
Qalereya
Oxşar xəbərlər
DİN-in keçmiş rəis müavini Rasim İldırımzadə və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb
Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin...