Xətai rayonunda mənzil YANĞIN - Sakinlər təxliyə edildi

Xətai rayonunda mənzil YANĞIN - Sakinlər təxliyə edildi
Video
Hadisə 514

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat xidmətindən bildirilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Əlavə məlumat veriləcək.

***11:50

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***11:30

Bakının Xətai rayonunda mənzildə yanğın başlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Xocalı prospekti 29 ünvanında mənzillərdən birindən qara tüstü ucalır.

Həmin görüntüləri təqdim edirik:

Son xəbərlər