Xanım sürücünün idarə etdiyi avtomobil kanala düşdü - VİDEO
08
dek
2022
11:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Abşeron rayonu, Goradil dəmiryol stansiyasının yaxınlığında avtomobil kanala aşıb.
Bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat daxil olub.
Şahidlərin sözlərinə görə, hadisə hava tam aydınlanmamış baş verib.
Bildirilir ki, "Nissan Tiida" markalı avtomobildə qadın sürücü və məktəbli övladı olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil yararsız vəziyyətə düşüb.
Sakinlər sözügedən ərazidə belə halların tez-tez yaşandığını iddia edirlər. Onlar buna səbəb kimi küçələrdə işıqların olmamasını göstərirlər.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...