Xalq artistinin səhhətində problem yarandı

Xalq artistinin səhhətində problem yarandı
Hadisə 74

Xalq artisti Arif Babayevin səhhətində problem yaranıb.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, sənətçi hazırda ev şəraitində müalicə olunur:

“Həkimlər mənə bir müddət öncə sidikqovucu qoydular. Amma oradan qan gəlir. Dedilər, kəsəcək, amma hələ də gəlir.

Həkimlər evə gəlir, müayinə edib gedirlər. İnşallah, yaxşı olar. Doğmalarıma görə hələ bir az yaşamaq istəyirəm. Allah bütün xəstələrə şəfa versin”.

Qeyd edək ki, A.Babayev ötən il insult keçirib. O, bir müddət öncə Türkiyədə müalicə olunurdu.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər