Xalq artistinin qamışlıqda basdırıldığı iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA
05
mar
2018
13:45
Mədəniyyət və Turizm Nazirliyi bəstəkar Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib.BAKU.WS xəbər verir ki, Naziriyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov APA-ya bildirib ki, nazirlik dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri həyata keçirib: "Təzə Pir məscidində keçirilən vida mərasimində nazir Əbülfəs Qarayev şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib. Dəfn üçün yerin ayrılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik".Qeyd edək ki, Tahir Əkbər martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhumun ailəsi onun üçün Yasamal qəbiristanlığında ayrılan yerdən razı qalmayıb, Tahir Əkbərin məzarını dəyişdirərək, onun nəşini atasının yanında dəfn edib.Bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər qafqazinfo.az-a açıqlamasında isə bunları deyib:“Mən bir bəstəkar xanımı kimi Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişdim. Sağ olsunlar, kömək etdilər. Amma Tahir müəllimi Qurd qapısında deyil, layiqsiz yerdə gördüyümə görə onun məzarını dəyişdirdim. Çünki həmişə zarafatyana deyərdi ki, məni xidmətlərimə görə, 2-ci Fəxri Xiyabanda dəfn edərlər.Onun Azərbaycan incəsənətinə xidmətini danmaq olmaz. Mən öz qərarımı dəfn mərasimində verdim. Vəssalam. Səhər durub öz borcumu yerinə yetirdim. Nazirlikdən mənə deyilmişdi ki, Badamdarda basdırılacaq. Bilməmişdim ki, bir qamışlıqda, boş ərazidə tək onu dəfn edəcəklər. Əlavə bir şərhə ehtiyac varmı? Hamısı göz qabağındadır”.BAKU.WS
Oxşar xəbərlər
"Cəsədi buna görə qəbirdən çıxartdım" - Xanımı Tahir Əkbərin vəsiyyətini açıqladı
Martın 2-də uzun sürən xəstəlikdən vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin dəfn olunduğu yerdən çıxarılaraq, atasının qəbrində basd...