Xalq artisti traktorla çaya düşdü - qolu çıxdı
Xalq artisti, tanınmış gülüş ustası Arif Quliyev qəzaya düşüb.
BAKU.WS AzNews.az-a istinadən xəbər verir ki, bu haqda sənətkarın özü məlumat verib.
O bildirib ki, qəza yenicə rol aldığı "Nazlı" filminin çəkilişi zamanı baş verib:
"Filmdə traktorçu Təbriz obrazında oynayıram. Amma mən traktor sürə bilmirdim. Bu üzdən bir həftə traktor sürməyi öyrəndim. Çəkiliş zamanı traktor çaya aşdı, qolum çıxdı. Həmin kənddə sınıqçı vardı, getdim yanına qolumu saldılar. Traktor sürücüsünün də ayağı əzilib".
A.Quliyev hazırda vəziyyətinin normal olduğunu və filmlə bağlı çəkilişlərini davam etdirdiyini qeyd edib.
BAKU.WS
Oxşar xəbərlər
Qobustan sakini 350 manata "milli traktor" düzəltdi (FOTO)
Qobustan sakini Famil Şıxəliyev hazırladığı traktorla görənləri heyrətləndirib. BAKU.WS Region TV-yə istinadən məlumat verir ki, fərqli dizayna malik bu texnik...