Xalq artisti Ramiz Əzizbəylinin barmağı amputasiya olundu
28
dek
2018
09:03
“Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir”.Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb: “Atamın qanqrena olan ayağı son qərara əsasən nə dizdən, nə də topuqdan deyil, yalnız barmaq hissədən amputasiya olunub. Hazırda yatır”.Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.BAKU.WS
Oxşar xəbərlər
Həkimlər Xalq artisti ilə bağlı son qərarı verdi: Amputasiya edilsin!
Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Əzizbəyli artıq bir neçə gündür xəstəxanaya yerləşdirilib. Üç dəfə insult keçirən aktyorun ayağında qanqrenanın yaranm...