Xaçmazda sel dəmiryol xəttinin şpallarını yuyub aparıb
Güclü leysan yağışları nəticəsində Xaçmaz rayonu, Qaraçı kəndi yaxınlığında Ağçayın üzərindəki yeni salınan dəmiryolu körpüsünün bir hissəsi çöküb. Hadisə aprelin 16-da qeydə alınıb.
BAKU.WS xəbər verir ki, yağıntıların intensiv xarakter alması torpaq sürüşməsinə səbəb olub və bu da dəmir yoluna mənfi təsir göstərib. Nəticədə yolun müəyyən hissəsində uçqun baş verib.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarının mətbuat xidməti ilə əlaqə saxladıq.
Bildirildi ki, qeyri-sabit hava şəraitinə görə Xaçmaz sahəsində dəmiryol infrastrukturunda yaranmış fəsadların aradan qaldırılması istiqamətində iş davam edir.
Oxşar xəbərlər
Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş
Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, həyat yoldaşını am...