Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub
24
dek
2025
23:36
Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovu ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Surəddin Həsənəliyev saxlanılıb.
Ə.Əkbərov qətlə yetirildikdən sonra basdırıldığı yerdən aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda ŞOK ANLAR: Küçənin ortasında avtobusu saxladıb hücum etdi
Bu gün Bakıda ictimai nəqliyyatda insident baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayoni Akademik Həsən Əliyev küçəsində baş...