Xaçmazda yanğınla nəticələnən partlayış olub - Xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonunun Çiləgir kəndində ümumi sahəsi 20 m² olan köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən tikilinin pəncərəsi çərçivədən çıxıb.
Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə zamanı xəsarət almış 1 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Ağcabədidə bir-birinə bitişik 4 evdə yanğın olub
Ağcabədi rayonunda yanğın baş verib. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı bir-birinə bitişik tikilən ümumi sahəsi 72 kv/...