Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş
Bu gün səhər saatlarında Gəncə şəhərində bıçaqlanma hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.
BAKU.WS Matc.az-a istinadən xəbər verir ki, "Kəpəz" klubunun futbolçusu Veysəl Rzayevin xəsarət aldığı insident zamanı onun yanında olan şəxsin kimliyi müəyyənləşdirilib.
Əlbəyaxa davada iştirak edən digər şəxs Gəncə təmsilçisinin sabiq futbolçusu Nihat Fərəcidir. "Kəpəz"in yetirməsi olan Fərəci hazırda icarə əsasında "Şəki Siti" klubunun formasını geyinir.
Qeyd edək ki, 22 yaşlı vinger 2015-ci ildə "Mançester Yunayted"in Yay Futbol Məktəbində iştirak edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Gəncədə futbolçuların iştirakı ilə insident baş verib. Nəticədə Veysəl Rzayev bıçaq xəsarəti alıb. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu qoyulub. Hazırda futbolçunun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Oxşar xəbərlər
Şahin Şıxlinski işi: Yalan ittihamlar məhkəmədə ifşa edildi
İş adamı Fehruz Şirinov Ural bölgəsində Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski barəsində həqiqətə uyğun olmayan məlumatlar yaydığını etiraf edib....