Vətəndaşla kobud rəftar edən polis kapitanı işdən qovuldu
29
dek
2021
18:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaşa qarşı kobud rəftar edən polis kapitanı İlkin Süleymanov vəzifəsindən azad olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili İlkin Süleymanov daxili işlər orqanlarından xaric edilib.
Qeyd edək ki, İ. Süleymanov bundan əvvəl Gəncə Beynəlxalq Hava Limanında Xətt Rayon Polis Şöbəsinin rəisi olub. O, bir neçə ay əvvəl Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təyinat almışdı.
Oxşar xəbərlər
Arvadını güllələyib öldürən polislə bağlı ƏMR İMZALANDI
Bakıda arvadını öldürən polis daxili işlər orqanlarından xaric edilib. BAKU.WS bildirir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əm...