Vətən müharibəsindən sonra minaya neçə nəfər düşüb? - RƏSMİ AÇIQLAMA

Vətən müharibəsindən sonra minaya neçə nəfər düşüb? - RƏSMİ AÇIQLAMA
Hadisə 296

10 noyabr 2020-ci ildən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 20 mülki şəxs həlak olub.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, bu günə kimi 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd olunur ki, azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək qanunsuz səfər hallarına yol vermiş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər