Gədəbəy sakinləri minaya düşüb - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Gədəbəy Rayon Prokurorluğundan bildirilib.
Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.
***16:23
Gədəbəy rayon sakini minaya düşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Əyridərə kənd sakini, 1995-ci il təvəllüdlü Namazov Kamran Aydın oğlu Ermənistanla sərhəd hissədə göbələk yığan zaman minaya düşüb.
Yaralı Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Oxşar xəbərlər
Ağdam Rayon Prokurorluğu: Mina partlayışı ilə bağlı araşdırma aparılır
Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini, 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina...