Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub

22
fev
2021
19:51
Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
BAKU.WS Tərtər rayon prokurorluğuna istinadən xəbər verir ki, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Tərtərdə vətəndaşın minaya düşməsi ilə bağlı rəsmi açıqlama
Fevralın 18-də saat 18 radələrində vətəndaşlar Bəxtiyar Mahmudov və qohumu Elşən Abbasovun “Niva” markalı dövlət nömrə nişanı məlum olmayan avtomobillə Tərt...
