Vətən müharibəsi iştirakçısı xərçəngdən vəfat etdi
İkinci Qarabağ müharibəsinin iştirakçısı Toğrul Nizaməddin oğlu Həsənov ölümcül xəstəlikdən vəfat edib.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü T.Həsənov Ucar rayonunun Təzə Şilyan kəndində dəfn olunub.
Ailəsinin verdiyi məlumata görə, o, müharibənin gedişatında yaralanıb, sağaldıqdan sonra yenidən aktiv döyüşlərə qatılıb. Vətən müharibəsi iştirakçısına "Müharibə veteranı" adı verilsə də, ona yaralandığına görə qazilik təyin edilməyib.
Həmçinin bildirilib ki, müharibədən sonra aldığı travmalara görə öz hesablarına Türkiyədə müalicəyə göndərilib. Lakin son bir ildə xərçəng xəstəliyinə tutulub. T.Həsənov elə bu səbəbdən dünyasını dəyişib.
Toğrul ailənin yeganə oğlu olub. Ailəlidir, 2 azyaşlı övladı var.
Qalereya
Oxşar xəbərlər
Lerik rayonunda zəlzələ olub
Lerik rayonunda zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlu...