"VAZ" və "Mitsubishi" toqquşdu: Azyaşlı xəsarət aldı, bir nəfər dünyasını dəyişdi

VAZ və Mitsubishi toqquşdu: Azyaşlı xəsarət aldı, bir nəfər dünyasını dəyişdi
Hadisə 90

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2106 və "Mitsubishi Pajero" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanın azyaşlı olduğu bildirilir, o xəstəxanaya çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Qəşəm Süleyman oğlu İbrahimlinin anası Gülçöhrə Miriş qızı İsayeva vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə "Qarabağ qaziləri" Birl...

80 Hadisə 23:48 07 sentyabr 2026

Son xəbərlər