Ukraynadakı azərbaycanlılar partlayışların episentrində: "Hər tərəfdə xaos var"

Ukraynadakı azərbaycanlılar partlayışların episentrində: Hər tərəfdə xaos var
Hadisə 32

Son günlər Ukraynada yenidən alovlanan müharibə səbəbindən ölkədə yaşayan azərbaycanlılar da zərər görür. Həmyerlilərimiz Ukraynanın müxtəlif vilayətlərində və xüsusilə paytaxt Kiyevdə davam edən hava zərbələrinin təsirini yaşayırlar.

Son hücumlar zamanı Kiyevdə yaşayan azərbaycanlılar baş verən partlayışların yaratdığı vəziyyəti Baku TV-yə danışıblar.

Ukraynadakı azərbaycanlılar partlayışların episentrində:

"Bu mənim maşınımdır, deşik-deşik olub. Gecə saat təxminən üç idi. Birdən güclü bir partlayış səsi eşitdim. Birinci zərbə yaxınlıqdakı binaya düşdü, sonra digər tərəflərə də zərbələr endirildi. Şiddətli partlayış oldu. Daha sonra maşını götürüb təhlükəsiz yerə aparmaq istədim, çünki ərazidə atışma başlamışdı. Başımın üzərində, təxminən 15-20 metr hündürlükdə yenidən güclü partlayış səsi eşitdim. Özümü itirmişdim. Prospekt boyu benzin axırdı, bütün maşınlardan yanacaq sızırdı. Binalardan biri yanırdı. Hamı qorxu içində idi, işıqlar söndürülmüşdü, hər tərəfdə xaos vardı", - Kiyev sakini İlyas Talıbov deyib.

Digər sakin Elşad Şahmərdanov isə bildirib:

"Mən uzun müddətdir bu ərazidə yaşayıram. Burada müharibə başlayan gündən etibarən mütəmadi olaraq raket və uzunmənzilli dron hücumları olur. Raketlərdən biri evin içinə düşdü və içəridə partladı. Həmin hadisə zamanı bir jurnalist qadın həyatını itirdi. Biz xoşbəxtlikdən o gün evdə deyildik".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər