Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi

13
avq
2022
23:05
Azərbaycan Turizm və Menecment Universitetinin üçüncü kurs tələbəsi Elnur Abbasov dünyasını dəyişib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Bakı ətrafında istixanada fəhlə işləyən Elnur elə orada ağır xəsarət alıb.
Belə ki, Elnur istixanada çalışarkən hündürlükdən yıxılıb və boynu sınıb. Dörd gün koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib.
Qeyd edək ki, Elnur Abbasov 2001-ci ildə Biləsuvar rayonu ərazisində yerləşən 5 saylı Cəbrayıl qəsəbəsində doğulub, əslən Cəbrayıldandır. Onun özündən başqa, bir qardaşı və bir bacısı var.
Oxşar xəbərlər
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏ
Bakıda kişinin qardaşı arvadını öldürməsi ilə bağlı cinayət işinin təfərrüatları məlum olub. BAKU.WS xəbər verir ki, lent.az sözügedən dəhşətli qətlin istintaq...