Bakıda möcüzə: 7-ci mərtəbədən yıxılıb sağ qaldı
30
okt
2017
16:20
Bakıda fəhlə 20-25 metr hündürlükdən yıxılıb.BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Cəfərov Vahid Mahmudağa oğlu Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi 94 ünvanındakı binanın fasadını rəngləyərkən hündürlükdən yıxılıb.51 yaşlı kişi binanın 7-ci mərtəbəsində, təxminən 20-25 metr hündürlükdə olarkən, ayağının altındakı döşəmə sürüşüb. O, hündürlükdən yerə yıxılıb və ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.V.Cəfərovun hazırda koma vəziyyətində olduğu bildirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 7-ci mərtəbədən yerə yıxılan körpə sağ qaldı
Bakıda körpə 7-ci mərtəbədən yerə yıxılıb.BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.Belə ki, Ə.Əliyev küçəsi, e...