Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Qazax istiqamətində hərəkətdə olan mişar daşı yüklü "KamAZ"la "Mercedes Vito" markalı mikroavtobus və "Mercedes" markalı minik maşını toqquşub.
Nəticədə 1974-cü il təvəllüdlü Cavahir İsmayıl qızı İsmayılova və 1976-cı il təvəllüdlü Zaur Aydın oğlu Cabbarlı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.
Hadisə zamanı yük maşını aşıb, yolun hərəkət hissəsinə mişar daşı töküldüyündən hərəkət nisbətən məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda QANDONDURAN CİNAYƏT: ögey qızını zorlayıb öldürdü - TƏFƏRRÜAT + FOTO
2023-cü il fevralın 2-də 2009-cu il təvəllüdlü Günay Şadatovanın 3 saylı şəhər klinik xəstəxanasında ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil ol...