Ucarda mikroavtobus TIR-la toqquşub: Ölən və yaralananlar var - YENİLƏNİB - FOTO
Ucarda mikroavtobusla TIR-ın toqquşması nəticəsində xəsarət alanların sayı altıya çatıb.
BAKU.WS-in report-a istinadən xəbərinə görə, onlardan üç nəfəri Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəsarət alanlar - Bakı sakinləri olan iki bacı 1963-cü il təvəllüdlü Məmmədova Sevda, 1970-ci il təvəllüdlü Hacıyeva Mahirə və Şəmkir sakini 1979-cu il təvəllüdlü Qəhrəmanov Rafiq Vaqif oğludur.
***09:51
Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mersedes sprinter" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub.
Nəticədə 1 nəfər hadisə yerində ölüb. 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
"Dedi ki, ifritlər onu yatırdıb, telefonundan qadınlara pornovideo göndərib" - CİNAYƏT İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə özünü "12-ci imam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirlənd...