Uçan binada xəsarət alanların və ölənlərin - ADLARI
Uçqun zamanı xəsarət alaraq xəstəxanalara yerləşdirilən şəxslərin adları açıqlanıb.
BAKU.WS-in "Report"un xəbərinə görə, 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı ilə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb. 1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.
Nazirlikdən o da qeyd olunub ki, hadisə yerində 6 nəfər olub: "Onlardan 1 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib”.
APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölənlər 1983-cü Yolçuyev Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayıl oğludur.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda istirahət mərkəzində baş verən uçqunda ölən və yaralananların sayı açıqlandı
Bakının Səbail rayonunda tikilməkdə olan istirahət mərkəzinin binasında baş verən uçqun nəticəsində dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. Səhi...