Təyyarə qəzasında həlak olanların cəsədlərinin ümumi müayinəsi başa çatıb

Təyyarə qəzasında həlak olanların cəsədlərinin ümumi müayinəsi başa çatıb
Hadisə 917
 

Azərbaycanın "SilkWay” aviaşirkətinə məxsus "An-12” yük təyyarəsinin mayın 18-də Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən yeddi heyət üzvünün cəsədinin ümumi müayinəsi ötən gün başa çatdırılıb.

Virtualaz.org Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin məlumatına əsasən xəbər verir ki, bu gündən cəsədlərin laborator (kimyəvi, DNK) müayinəsinə başlanıb.

Məlumatda qeyd olunur ki, meyitlərin hamısı yandığı üçün laborator müayinə və tanınma uzun çəkəcək. Təyyarənin pilotunun və köməkçisinin meyitləri kabinədə aşkarlandığına görə onların kimliyi təxminən məlumdur. Lakin tam dəqiqlik üçün müayinə tələb olunur.

BAKU.WS

Son xəbərlər