İTV-nin zəhərlənən əməkdaşlarından xəbər var
28
sen
2019
10:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İctimai Televiziya və Radio Yayımları Şirkətinin inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin hər ikisi evə buraxılıb.Bu barədə BAKU.WS-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.Onun sözlərinə görə, şöbəyə gətirilən hər iki şəxsdə ciddi zəhərlənmə aşkarlanmayıb: "Onlar tüstüdən sıxılıblar, zəhərlənməyə keçməyib. Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətləri normallaşdığından evə buraxılıblar".Xatırladaq ki, sentyabrın 28-də gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İctimai Televiziya və Radio Yayımları Şirkəti” nin inzibati binasında yanğın baş verib.Yanğın zamanı 1974-cü il təvəllüdlü Qarayev Rövşən Yasin oğlu və 1979-cu il təvəllüdlü Quliyev Ramiz Tağı oğlu tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Bakının mərkəzində baş verən yanğının görüntüləri - VİDEO
Ötən gün axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olub.Fövqəladə Hallar Nazirliyinindən BAKU.WS-ə verilən məluma...