Türkiyədə yayımlanan serialda Azərbaycan xəritəsi ilə bağlı təhrif aradan qaldırıldı - FOTO

Türkiyədə yayımlanan serialda Azərbaycan xəritəsi ilə bağlı təhrif aradan qaldırıldı - FOTO
Hadisə 216

23 may 2023-cü il tarixində Türkiyənin ATV televiziyasınada yayımlanan “Ben bu cihana sığmazam” adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsi istifadə olunub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, serialın Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən “Güzel Adamlar Medya” şirkəti ilə əlaqə saxlanılıb.

Şirkət rəsmiləri, texniki səhv yaşandığını bildirərək, baş vermiş yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib. Şirkətə Azərbaycanın xəritəsi təqdim olunub və şirkət həmin seriyanın təkrarında xəritənin düzəldiləcəyini bildirib.

27 may tarixində ATV kanalında 32-ci seriyanın təkrarı yayımlandığı zaman xəritə ilə bağlı səhv aradan qaldırılıb və Azərbaycan xəritəsi düzgün formada istifadə olunub.

Türkiyədə yayımlanan serialda Azərbaycan xəritəsi ilə bağlı təhrif aradan qaldırıldı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər