Təsərrüfatlara qənim kəsilən şəxs tutuldu

Təsərrüfatlara qənim kəsilən şəxs tutuldu
Hadisə 660

Cəlilabad RPŞ-yə rayonunun Yeni Yaşayış Massivi və ətraf ərazilərdən axşam saatlarında ev quşlarının oğurlanması ilə bağlı bir neçə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polisin sayıqlığı qısa zamanda öz nəticəsini verdi. Oğru elə əlindəki oğurluq hind toyuğu ilə birlikdə saxlanıldı.Yanvarın 10-da axşam saatlarında şəhərin Ə. Abdullayev küçəsində xidmət aparan polis əməkdaşlarının diqqətini əlində iki hind toyuğu ilə gedən şəxs cəlb edir.Onun rayonun Əliqasımlı kənd sakini, əvvəllər məhkum olunmuş Rəfail Həsənov olduğu müəyyən edilib və ev quşlarını elə həmin ərazidə yaşayan Ş.Həbibova məxsus təsərrüfatdan oğurladığı məlum olub.Rayon Polis Şöbəsinə gətirildikdən sonra isə o digər bu cür əməllərini də etiraf edib.Ev quşlarının özünəməxsus üsulla oğurladığını bildirib.Belə ki, R.Həsənovun axşam saatlarında vətəndaşlara məxsus təsərrüfatlara daxil olaraq özü ilə gətirdiyi dəni səpərək yaxına gələn ev quşlarını oğurladığı məlum olub.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda 14 mənzildən oğurluq edən şəxs tutuldu

Bakıda 14 mənzildən oğurluq edən şəxs tutuldu

Səbail rayonu Bayıl qəsəbəsində yerləşən evlərdən birinin pəncərəsi sındırılaraq mənzildən dəyəri 9000 manat olan qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən o...

899 Hadisə 17:08 25 dekabr 2018

Son xəbərlər