Trans "Səbiş" bu əməlinə görə həbs olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "Səbinə" adı ilə tanınan cinsi azlığın nümayəndəsi Qismət Sultanov həbs edilib.
BAKU.WS xəbər verir ki, Qismət Sultanov karantin qaydalarını pozduğu üçün saxlanılıb.
Belə ki, o, Nərimanov rayonunda saxlanılarkən polisə müqavimət göstərib.
Nərimanov rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıb. Hüquq mühafizə orqanlarından BAKU.WS-ə faktı təsdiqlədilər.
Xatırladaq ki, bu, "Səbiş"in ilk həbsi deyil. 2018-ci ildə yaşadığı binada komendant işləyən şəxs ona nalayiq sözlər dediyi üçün həmin şəxsin üzərinə bıçaqla hücum çəkib.
Hadisədən bir müddət sonra saxlanılan Q.Sultanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Oxşar xəbərlər
Bakıda komendanta bıçaqla hücum edən trans "Səbiş" barədə GÖZLƏNİLMƏZ QƏRAR
Nəsimi Rayon Məhkəməsində Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasının komendant köşkünə hücum edən cinsi azlığın nümayəndəsi, "Səbinə" adı ilə tanınan Q...