Bakıda komendantı bıçaqla öldürmək istəyən trans "Səbiş" həbs olundu (VİDEO)

Bakıda komendantı bıçaqla öldürmək istəyən trans Səbiş həbs olundu (VİDEO)
Video
Hadisə 12345
Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasının komendant köşkünə hücum edən cinsi azlığın nümayəndəsi, "Səbinə" adı ilə tanınan Qismət Sultanov həbs edilib. BAKU.WS xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisədən bir müddət sonra saxlanılan Q.Sultanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra Q.Sultanov Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun barəsində istintaq tədbirləri aparılır. Qeyd edək ki, Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə sakin, Q.Sultanov komendantın köşkünə bıçaqla hücum çəkib. Hadisənin videosu binada yaşayan sakinlərdən biri tərəfindən çəkilib, sosial şəbəkədə paylaşılıb. Daha sonra mətbuata açıqlama verən Q.Sultanov bildirib ki, komendanta hücum etməsinin səbəbi sadəcə elektrik enerjisinin dayandırılması olmayıb. Onun sözlərinə görə, komendant onun həmin binada yaşamağını istəməyib. BAKU.WS

Oxşar xəbərlər

Fədayə Laçınla bağlı bu xəbər yalan çıxdı

Fədayə Laçınla bağlı bu xəbər yalan çıxdı

Həbsdə olan müğənni Fədayə Laçınla bağlı hələ ki heç bir istintaq hərəkətləri aparılmır.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili...

3195 Hadisə 08:24 02 fevral 2018

Son xəbərlər