Toyda qonaqlar rəqs üstündə dalaşdılar, nəticədə bir nəfər bıçaqlandı - TƏFƏRRÜAT
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə Qazax şəhərinin Azadlıq küçəsində keçirilən toy məclisində qeydə alınıb. Burada qonaqlar arasında mübahisə baş verib.
Belə ki, 25 yaşlı Elmar Elşən oğlu Rəfiyev və 20 yaşlı Əli Məmmədov arasında mahnı sifarişi üstündə mübahisə yaranıb.
Mübahisə getdikcə böyüyüb və nəticədə E.Rəfiyev qarnından bıçaqlanıb.
Faktla bağlı polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törədən Ə.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara TƏCAVÜZ ETDİ - TƏFƏRRÜAT
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əl...