Toya çağırılmayan meyxanaçı oğurluq etdi - VİDEO/FOTO

Toya çağırılmayan meyxanaçı oğurluq etdi - VİDEO/FOTO
Video
Hadisə 2211
 

Bakıda qəzəlxan oğurluq edib. BAKU.WS XezerXeber.az-a istinadən xəbər verir ki, o, sahibi evdə olmayan vaxt mənzilə girib ordan pul oğurlayıb. Polis araşdırma zamanı müəyyən edib ki, bu qəzəlxanın ilk cinayəti deyil. Onun bir neçə oğurluq faktının üstü də açılıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi məclislərə qəzəlxan kimi gedən 34yaşlı Elməddin Nagimovu saxlayıb.

İdarəyə gətirilərkən qəzəlxan əməlini etiraf edib. O, cinayətə səbəb kimi son vaxtlar toylara dəvət almaması ilə əlaqələndirib.

Qəzəlxan kimi tanınan Elməddin Nagimovun ətrafında araşdırma aparan polis müəyyən edib ki, bu onun ilk cinayət əməli deyil. Elməddin Nagimov bundan başqa rayon ərazisindəki 3 evdən pul, qızıl əşyaları və qaz sayğacı, habelə Bakı şəhər sakini olan bir qadının içərisində 500 manat pul və ərzaq məhsulları olan çantasını oğurlamaqla 4 cinayət törədib.

Polisdən onu da bildiriblər ki, Elməddin Nagimovun digər cinayətlərdə iştirakı istisna olunmur. Faktla bağlı onun barəsində Suraxanı rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.

BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda telefon oğurluğu kameraya düşdü - Video

Bakı metrosunda telefon oğurluğu kameraya düşdü - Video

Bir neçə gün əvvəl Bakı şəhər sakini Şəbnəm Babayeva metronun "Nizami” stansiyasında gödəkçəsinin yan cibindən mobil telefonunun oğurlanması barədə polisə şikay...

2393 Hadisə 09:03 05 noyabr 2016

Son xəbərlər