Tovuzda yaşayış evində YANĞIN: İki nəfər xəsarət alıb
Tovuzda yanğın hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakininə məxsus fərdi yaşayış evində qəfil yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
İlkin məlumata görə, yanğın zamanı iki nəfər xəsarət alıb.
Hadisə yerinə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunub və baş verən yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ot tayaları yandı, yük maşını yararsız hala düşdü
Goranboy və Qazax rayonlarında ot tayalarının yanması ilə nəticələnən yanğın hadisələri qeydə alınıb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Goranboy...