Tovuzda keçmiş şərab zavodunun ərazisində baş verən yanğın söndürülüb
Tovuzda zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayonunun Qovlar şəhərindəki keçmiş şərab zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq söndürülüb.
Baş vermiş yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın söndürülüb.
***10:36
Tovuzda keçmiş Şərab Zavodunun ərazisində baş vermiş yanğın lokallaşdırılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qovlar şəhərindəki keçmiş Şərab Zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq lokallaşdırılıb.
Qeyd edək ki, yanğın nəticəsində tikilinin içərisində olan istifadəyə yararsız çənlər yanıb.
Hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənənlərin olmadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
***10:03
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Belə ki, orada yerləşən şərab zavodunda anidən yanğın olub. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qonşu rayonlardan Şəmkir, Ağstafa və Qazax rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.
Oxşar xəbərlər
Metronun əməkdaşı dünyasını dəyişib
"Bakı Metropoliteni" QSC-nin əməkdaşı dünyasını dəyişib. BAKU.WS QSC-yə istinadla xəbər verir ki, səhər saat 5:30-da iş vaxtı bitərək "İnşaatçılar" stansiyasınd...