Bakıda 51 min manatlıq oğurluq olub
24
sen
2026
12:20
Nizami rayonunda 51 min manatlıq oğurluq edənlər saxlanılıblar.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat olan 48 ədəd kombi aparatını talayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Motosiklet sürücülərinə qarşı REYD: 22 nəfər saxlanıldı
Sumqayıt şəhərində motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, təhlükəli manevrlərin edilməsi və normadan artıq səs-küy yaradılması ha...