Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb

Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb
Foto Video
Hadisə 29

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Buqlov saxlanılıb.

Ondan 32 kiloqram narkotik vasitə aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Laçında dağlıq ərazidə yanğın olub

Laçında dağlıq ərazidə yanğın olub

Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazir...

21 Hadisə 09:41 24 sentyabr 2026

Son xəbərlər