Psixoloq Ciqanın silahlı insidenti ilə bağlı iddia irəli sürdü
Rusiyalı psixoloq Sergey Lanq reper Ciqanın yaşadığı silahlı insidentin səbəbləri ilə bağlı fikirlərini açıqlayıb.
BAKU.WS xəbər verir ki, psixoloq "AiF"ə açıqlamasında ayrılıq və boşanmanın narkotik və alkoqol asılılığı olan şəxslərdə davranış pozuntularını yenidən tətikləyə biləcəyini deyib.
Rusiyanın "Mash" teleqram kanalı daha əvvəl Ciqanın Moskva vilayətindəki evində silahla xidmət əməkdaşlarını hədələdiyini və atəş açdığını iddia edib. Məlumata görə, insident zamanı bir mühafizəçi qolundan və ayağından yaralanıb.
Hadisənin uşaqların gözü qarşısında baş verdiyi də iddia olunur. Ciqanın keçmiş həyat yoldaşı Oksana Samoylova hadisəni təsdiqləyib. Reperin daha sonra İsraildə üç aylıq reabilitasiyaya göndərildiyi bildirilib.
Psixoloq insidentin Ciqanın özünənəzarətlə bağlı ciddi problemlərinin olduğunu göstərdiyini iddia edib.
Oxşar xəbərlər
Almaz Ələsgərova: "Müğənniyə pis söz yazıb, təhqir edirlər, bunu özü qazanıb"
"Baxıram müğənniyə, pis sözlər yazırlar, təhqir edirlər. O müğənni bunu özü qazanıb". BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova deyib. ...