Agentlik peşə təhsili mərkəzində baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib.
Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***17.33
Tovuzda zəhərlənmə hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb.
Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlar tortdan zəhərləniblər.
Oxşar xəbərlər
Bakıda bu spirtli içkinin saxtası hazırlanırmış...
Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağları, bağ sahəsi 2, mənzil 29 ü...