Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Səbuhinin başına nə gəlib? - RƏSMİ AÇIQLAMA
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb.
Bu barədə rayon prokurorluğundan BAKU.WS-ə bildirilib.
Oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***19:44
Tovuz rayonunda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.
BAKU.WS xəbər verir ki, 1993-cü il təvəllüdlü Səbuhi Hacızadənin meyiti kənd ərazisində aşkar olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
Şamaxı rayonununda ötən gecə yağan güclü yağış fəsadlar törədib. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, Aşıq Məmmədağa küçəs...