Tovuzda bacı qardaşını döydü, dişlərini qırdı

Tovuz rayonunda bacı qardaşını döyüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində baş verib. Kənd sakini Tərxan Məmmədov (ad və soyad şərtidir) sərxoş vəziyyətdə evə gələrək, atasına məxsus mobil telefonun adapterini götürüb.
Atası Tərxandan cihazı tələb etsə də, o, adapter qaytarmayıb və nəticədə ata-oğul arasında mübahisə yaranıb. Hadisə zamanı Tərxan atasını söyüb. Bunu görən bacısı, 1988-ci il təvəllüdlü Fazilə Məmmədova (ad və soyad şərtidir) Tərxanı sakitləşdirməyə çalışsa da, Tərxan onu da söyüb. Nəticədə Fazilə Tərxana bir neçə yumruq zərbəsi endirib. Hadisə zamanı Tərxan sifət nahiyəsindən xəsarətlər alıb, 4 dişi qırılıb.
Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı cinayət işi başlanıb.
Tovuz Rayon Məhkəməsində keçirilən məhkəmə araşdırması zamanı qardaş bacısı ilə barışıb. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Fazilə cinayət məsuliyyətindən azad edilib.
Oxşar xəbərlər
Bakıda məktəbin yanında TƏHLÜKƏ - "Maşın düşsə yoxa çıxar"
Bakının Sabunçu rayonunda yerləşən Sultanməcid Əfəndiyev küçəsində ciddi infrastruktur problemi yaranıb. Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil ol...
