Tovuzda avtomobil qəzası baş verib, xəsarət alan var

Tovuzda avtomobil qəzası baş verib, xəsarət alan var
Hadisə 215

Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kənd ərazisində "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq digər iki "VAZ-2106" markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində avtomobillərin birində sərnişin olan 1974-cü il təvəllüdlü Afət Musayeva yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər