Tovuzda zəhərlənən məktəblilərin son VƏZİYYƏTİ

"Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbində zəhərlənən şagirdlər evə buraxılıblar".
BAKU.WS xəbər verir ki, bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən məktəblilər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
***11:58
TƏBİB Tovuzda zəhərlənən məktəblilərin son durumunu açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.04.2025-cü il tarixində saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5 nəfər ( məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
***11:09
Tovuzda zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şagirdlərin adları məlum olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qərb bürosunun məlumatına görə, bunlar 2011-ci il təvəllüdlü S.Eyyubova, 2012-ci il təvəllüdlü A.Məmmədəliyeva, 2011-ci il təvəllüdlü M.Həsənova, 2012-ci il təvəllüdlü B.Ələkbərzadə və 2012-ci il təvəllüdlü L.Quliyevadır.
Onların sobadan çıxan tüstüdən zəhərləndikləri ehtimal edilir.
***10:38
Tovuzda zəhərlənmə hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 5 şagirid zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, məktəblər dəm qazından zəhərləniblər.

Oxşar xəbərlər
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...