“Topçu Vüsal” qəzaya düşdü – FOTO

“Topçu Vüsal” qəzaya düşdü – FOTO
Hadisə 1133

Vətən müharibəsində “Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov qəzaya düşüb.

BAKU.WS “unikal”a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonunda qeydə alınıb.

Belə ki, V.Şahkərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi onun maşınını sağ tərəfindən vurub. Qəza nəticəsində xoşbəxtlikdən Vüsal Şahkərimov ciddi xəsarət almayıb.

O, “Unikal”a açıqlamasında məlumatı təsdiqləyib:

“Hadisə iki gün öncə baş verib. Təqsirkar digər avtomobilin sürücüsüdür. Mənim maşınımı sağ tərəfdən vurub. Şükür Allaha, indi hər şey yaxşıdır”.

“Topçu Vüsal” qəzaya düşdü – FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər