İtkin düşmüş 10 yaşlı uşağın meyiti tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda üç gün əvvəl itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.
O qeyd edib ki, 2010-cu il təvəllüdlü Yusif Davudzadənin meyiti Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan Su Anbarında tapılıb.
Qeyd edək ki, hadisə 2 sentyabrda baş verib. Həmin vaxt Yusif əmisi uşaqları ilə kanalın kənarında oynayırmış. Bu vaxt Yusif ayağını suya salıb-çıxarmaq istəyib. Onun ayağı sürüşüb kanala düşərək boğulub.
Oxşar xəbərlər
Ceyranbatandakı yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-3
Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri (FHN) tərəfindən saat 16:49-da söndürül...