Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılmadı
Nərimanov Rayon Məhkəməsində həbsdə olan tiktoker Rəşad Abdullayevin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi vəsatətə baxılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, prosesdə vəsatət araşdırılsa da, əsaslı hesab edilməyib və rədd edilib.
Xatırladaq ki, Rəşad Abdullayev və qardaşı Emin Abdullayev barəsində Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb və onlar həbs edilib. Bir müddət əvvəl E.Abdullayev ev dustaqlığına buraxılsa da, R.Abdullayev həbsdə qalıb.
Oxşar xəbərlər
Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"
İran, İsrail və ABŞ arasında davam edən gərginlik fonunda Dubayda hava məkanı vaxtaşırı qapandığı üçün uçuşlar ləğv edilib. Hazırda bir çox azərbaycanlılar ölkə...