Tikinti şirkətində qəza olub, fəhlələr xəsarət alıb

Şabran rayonunda tikinti işləri zamanı qəza olub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Yenikənd kəndində fəaliyyət göstərən "Kolin” şirkətində fəhlə işləyən 1984-cü il təvəllüdlü Əmirağa Ağabala oğlu Ağayev və 1968-ci il təvəllüdlü Feyruz Əlövsət oğlu Ağarzayev qəza zamanı müxtəlif xəsarətlər alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ə.Ağayevə onurğanın boyun şöbəsi fəqərələrinin sınığı, F.Ağarzayevə isə onurğanın bel şöbəsinin əziyi diaqnozu qoyulub.
Ə.Ağayevin vəziyyəti ağır olduğundan müalicə və müayinə üçün Bakı şəhərinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...