Təyyarə qəzasında həlak olan Balakən sakini Rəna Yeznayeva dəfn olunub - YENİLƏNİB
30
dek
2024
12:42
Təyyarə qəzasında həlak olan Balakən sakini Rəna Yeznayeva dəfn olunub.
*** 11:06
Təyyarə qəzasında həlak olan Balakən rayonundan olan sonuncu sərnişinin nəşi dekabrın 30-u səhər saatlarında ailəsinə təhvil verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Yeni Şərif kənd sakini, 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayevadır.
O, Yeni Şərif kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub.
Oxşar xəbərlər
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayı...