Tərtərdə mina partladı - Ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
Məlumata görə, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", - birgə məlumatda vurğulanır.
Oxşar xəbərlər
Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib - TƏFƏRRÜAT - YENİLƏNİB
Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib. BAKU.WS report-a istinadən xəbər verir ki, o, əvv...