Təcili yardım maşını qəzaya uğradı: Xəsarət alanların SON DURUMU açıqlandı
"Noyabrın 6-da saat 15 radələrində Qusar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 təcili tibbi yardım personalı Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Onlardan avtomobilin sürücüsü olan 1980-ci il təvəllüdlü şəxsə (kişi cinsi) döş qəfəsi və bel nahiyəsinin əzilməsi, 1983-cü il təvəllüdlü tibb bacısı və 1988-ci il təvəllüdlü feldşerə (qadın cinsli) isə qapalı kəllə-beyin travması diaqnozları təyin olunub.
Yaralılara zəruri ilkin tibbi yardım göstərilib və Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hazırda stasionar şəraitdə müalicələri davam etdirilir və vəziyyətləri orta-ağır stabil olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib
Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib. BAKU.WS xəbər verir ki, bu barədə qurum məlumat yayıb. "Median...