TƏBİB Nəsiman Yaqublunun ölümünün ilkin səbəblərini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsiman Qara oğlu Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə 25.08.2024-cü il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
BAKU.WS xəbər verir ki, TƏBİB-dən "Report"a bildirilib ki, ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.
Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Qəbələdə ağır avtoqəzaya düşən turistlərin son durumu açıqlandı: Birini helikopterlə təxliyə ediblər - VİDEO
Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən dəhşətli yol qəzası ilə bağlı rəsmi məlumat yayılıb. BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi və TƏB...