Tapılan neftçinin qardaşı: "O Sahibə oxşamırdı"
Yeniliklərdən dərhal xəbərdar olun
"Yanvar ayının 29-da Xəzər dənizinin Türkmənistan sektorunda tapılan və ölkəmizə gətirilən cəsədin Sahib Güloğlan oğlu Şahmarova məxsus olması hələlik öz təsdiqini tapmayıb".
BAKU.WS xəbər verir ki, bu barədə ANS PRESS-ə neftçi Sahib Şahmarovun qardaşı Seymur Şahmarov məlumat verib. Onun sözlərinə görə, meyit ölkəmizə gətirildikdən sonra şəxsiyyətini dəqiqləşdirmək üçün Sahibin ailəsi morqa çağırılıb:
"Morqda gördüyümüz cəsəd tanınmaz halda idi. Demək olar ki, yarısı yox idi. Həm də qardaşıma oxşamırdı. Ona görə tanımaqda çətinlik çəkdik. Bundan sonra məhkəmə tibbi ekspertiza təyin edildi və cəsəddən DNT analizi götürüldü. Sabah isə mərhumun oğlundan bənzər analiz götürüləcək. Əgər analizlərin nəticəsi üst-üstə düşsə meyitin Sahibə məxusluğu təsdiqlənəcək və onu morqdan götürüb dəfn edəcəyik".
Qeyd edək ki, yanvarın 29-da Xəzərin Türkmənistan sektorundan kişi meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, bu, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir.
BAKU.WS
Oxşar xəbərlər
Meyiti tapılan neftçi Qarabağ döyüşçüsü imiş (FOTO)
Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğla...